
Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Putin Tacikistan Prezidenti İmaməli Rəhmanla danışıqlar aparacaq, ikitərəfli münasibətlərlə bağlı məsələlər gündəmə gətiriləcək.
Putin üç günlük səfər çərçivəsində, həmçinin ikinci Mərkəzi Asiya-Rusiya Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

