Çin Prezidenti Si Szinpin Rusiya Prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşdə ölkələr üçün ortaq maraq kəsb edən strateji məsələlər ətrafında fikir mübadiləsi aparıb.
AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Görüş Pekində “Çjunnanhay” dövlət iqamətgahında baş tutub.
Bildirilib ki, Putin və Si Szinpin rahat bir atmosferdə ümumi maraq kəsb edən strateji məsələlərlə bağlı dərin fikir mübadiləsi aparıblar.
Çin lideri bu illər ərzində prezident Putinlə bir neçə dəfə görüşdüyünü, hər dəfə fikir mübadiləsinin səmimi, dərin və səmərəli olduğunu deyib.
Qeyd edək ki, Rusiya lideri Çində rəsmi səfərdədir.