Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə general-leytenant Andrey Buliqa müdafiə nazirinin müavini təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Onun məsuliyyət sahəsi ordunun maddi-texniki təminatının koordinasiyasıdır.
Buliqa əvvəllər Qərb Hərb Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini olub.