Putin Şoyquya daha bir vəzifə verdi

Putin Şoyquya daha bir vəzifə verdi

Sabiq müdafiə naziri Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən əlavə daha bir yüksək post daşıyacaq.

AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Şoyqu eyni zamanda Putinin Rusiya Federasiyasının Hərbi-Sənaye Komissiyasında müavini olacaq.

Qeyd edək ki, Putinin fərmanı ilə Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib. O, bu postda Nikolay Patruşevi əvəz edib.

Rusiyanın yeni müdafiə naziri vəzifəsinə isə Putin Dmitri Belousovun namizədliyini irəli sürüb.

Teqlər: