Bu gün keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqudan İran və Azərbaycana səfərlərinin nəticələri barədə məlumat verməsini istəyib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Sonra Sergey Kujuqetoviç İran və Azərbaycana səfərinin nəticələri barədə danışacaq”, – Putin bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib. Bundan öncə isə Şoyqu İranda səfərdə olub.