Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Almaniya hökumətinin məlumatında deyilir.
Tərəflər Ukraynadakı vəziyyəti, o cümlədən Zaporojye AES-də təhlükəsizliyi, həmçinin dünyada ərzaqla bağlı situasiyanı müzakirə ediblər.
Telefon söhbəti bir saat yarım davam edib.