Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”

Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”

Rusiya Prezidenti Vladimir Putin minlərlə kilometr məsafəni qət etməyi bacaran Ukrayna pilotsuz təyyarələrinin müdafiə sistemlərindən yan keçən hücumlarına görə həyatı üçün daha çox qorxur.

AzerTimes xəbər verir ki, bu barədə “Proyekt”in araşdırmasında bildirilib.

“Putin Ukraynaya qarşı elan etdiyi genişmiqyaslı müharibə başlamazdan əvvəl hər il təxminən bir ay “Boçarov Ruçey”də, əsasən də payızda, “məxməri mövsüm”də vaxt keçirirdi. Putinin bu yerdə mayın 12-də iki oğlunun anası, keçmiş gimnast Alina Kabayevanın doğum gününü qeyd etmək ənənəsi var idi”, – nəşr bildirib.

Araşdırmada deyilib ki, Putin müharibənin birinci ilində öz vərdişini dəyişməyib, 2023-cü ildə burada Türkiyə prezidenti də daxil olmaqla, çoxsaylı görüşlər keçirib. Lakin 2023-cü ildə, Soçi pilotsuz təyyarələrin aktiv hücumuna məruz qalmağa başlayanda hər şey kəskin şəkildə dəyişib. Belə ki, həmin il sentyabrın 20-də Soçi hava limanı yaxınlığında pilotsuz təyyarənin zərbəsi nəticəsində yanacaq çəni partlayıb. Yeni hücumlar oktyabrın 1 və 14-də baş verib: birinci halda Ukrayna kəşfiyyatı iddia edib ki, PUA hava limanına – Rusiya prezidentinin səfərləri zamanı istifadə edə biləcəyi helikopter meydançasına daxil olub.

Məlumata görə, Putin son bir ildə Soçidə cəmi 8 gün qalıb, sonuncu dəfə isə 2024-cü ilin martında MAQATE rəhbəri Rafael Qrossi ilə orada görüş keçirib. Daha sonra təhlükənin ciddiliyini nəzərə alıb və Soçiyə gəlməkdən imtina edib.

Teqlər: