Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər. Vaxt diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya KXDR ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir”, – o bildirib.