Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya xarici işlər naziri Çoy Sonq Hi ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
Peskov görüşün təfərrüatını açıqlamayıb.
Qeyd edək ki, Çoy Sonq Hi ötən həftədən Rusiyada səfərdədir. Noyabrın 1-də o, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.