Putin Səudiyyə şahzadəsi ilə Ukraynanı müzakirə etdi

Putin Səudiyyə şahzadəsi ilə Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefonda danışıb.

AzerTimes xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ilə bağlı son vəziyyəti, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi məsələsini müzakirə ediblər.

“Vəliəhd şahzadənin şəxsi vasitəçiliyi ilə Donbasda hərbi əməliyyatlarda iştirak etmiş əcnəbi vətəndaşların Səudiyyə Ərəbistanı tərəfinə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə olunub”, – deyə bildirilib.

Teqlər: