Rusiya Prezidenti Putinin Ukraynada “sanitariya zonası” yaradılmasının mümkünlüyü ilə bağlı bəyanatı Kaxovka SES-in partladılmasının etirafı sayıla bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Putin açıq şəkildə yeganə məqsədini bəyan edir: Ukraynanın sənayesizləşdirilməsi (infrastruktur və enerji obyektlərinin məhv edilməsi) və boz “sanitar” (çirklənmiş, yaşayış üçün yararsız) zona yaradılması…”, – o, Tvitter mikrobloqunda yazıb.