Rusiya prezidenti Vladimir Putin Daxili İşlər, Fövqəladə Hallar və Federal Penitensiar Xidmətin 8 generalını vəzifəsindən azad edib.
Kadr islahatlarının səbəbləri göstərilmir.
Vladimir Putin eyni zamanda bir neçə şəxsə də yeni vəzifə verib.
Prezident bir neçə regionun prokurorunu da dəyişib.
Vladimir Putin bundan əvvəl ötən ilin yazında belə genişmiqyaslı kadr islahatları edib.