Əvvəllər səhər yeməyində on yumurta yeyə bilərdim.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında çıxışında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən özüm də yumurtanı böyük məmnuniyyətlə yeyirəm. Bir zamanlar səhər yeməyində on yumurta yeyə bilirdim”, – deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, Rusiyada yumurta qıtlığı yaşanır. Artıq bir çox yerdə yumurta almaq üçün uzun növbələr yaranıb.