14 mayda keçiriləcək seçkilər tarixi yol ayrımıdır.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elmin Təbliği Fondunun Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, bunu Türkiyə ilə əlaqəsi olan hər kəs görür:
“Bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışdım. Putin seçkinin hazırki mərhələsini diqqətlə izlədiyini dedi. Mən də ona sülhü dəstəklədiyimizi bildirdim”.