Putin savaşın 9-cu günü Şoltsdan bunu tələb edib

Putin savaşın 9-cu günü Şoltsdan bunu tələb edib

Vladimir Putin Ukraynaya hücumun 9-cu günü Almaniya kansleri Olaf Şoltsdan Krımı Rusiya ərazisi kimi tanımasını tələb edib. O da öz növbəsində bu barədə Fransa Prezidenti Emmanuel Makrona məlumat verib.

AzerTimes xəbər verir ki, bu məlumat “Bild” nəşrinin yaydığı Şolts və Makronun telefon danışıqlarının stenoqramında yer alıb.

Şolts bildirib ki, Putin müharibənin lap əvvəlindən ona vəziyyətlə bağlı fikirlərini bildirib, kompromis variantlarını dilə gətirib, Ukraynanın demilitarizasiyası və denasifikasiyasının zəruriliyini vurğulayıb:

“O, məndən Krımı Rusiyanın bir hissəsi, “lxr” və “dxr”i də müstəqil dövlətlər kimi tanımağımı istədi. Bundan başqa, mən ondan Ukrayna ilə bağlı dördtərəfli görüşün mümkünlüyünü soruşdum. Lakin Putin Zelenski ilə görüşməyə və hansısa atəşkəsin əldə edilməsinə qarşı çıxdı, amma məsələni Makron və mənimlə müzakirə etməyə razı oldu”.

Teqlər: