“Putin sarayı”nın memarının əmlakları müsadirə edildi

“Putin sarayı”nın memarının əmlakları müsadirə edildi

İtaliya polisi “Putinin sarayı”nın layihəsini hazırlayan memar 63 yaşlı Lanfranko Kirillonun əmlakı vergidən yayındığı üçün müsadirə edib.

AzerTimes xəbər verir ki, bu barədə “La Republika” məlumat verib.

Məlumata əsasən, memar 2013-2019-cu illərdə qazandığı on milyonlarla avro gəlirini hökumətə bəyan etməyib. Buna görə də, hüquq-mühafizə orqanları ona məxsus helikopteri, dəbdəbəli evləri, külli miqdarda nağd pulu və ümumi dəyəri 140 milyon funt-sterlinq olan aktivləri müsadirə edib.

Teqlər: