Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında KTMT sammitindən əvvəl telefon danışığı planlaşdırılmır.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
“Hələ yox. Amma sammitin özü hələ baş tutmayıb. Bildiyimə görə, Paşinyan Minskə getmir”, – Peskov bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak edə bilməyəcəyi barədə məlumat verib.