Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Tehrandakı danışıqların nəticələrinə dair Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, qlobal neft bazarındakı mövcud durum müzakirə edilib.
Bildirilib ki, tərəflər OPEK+ çərçivəsində gələcək koordinasiyanın vacibliyini vurğulayıb və formatın bütün iştirakçılarının öz öhdəliklərini ardıcıl şəkildə yerinə yetirdiyini məmnunluqla bildiriblər.
Putin və Salman müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılaşıblar.