Putin Rusiyasının birliyi mifi məhv edildi – Tayani

Putin Rusiyasının birliyi mifi məhv edildi – Tayani

“Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamı Putin Rusiyasının birliyi mifini məhv etdi.

AzerTimes xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani deyib.

Onun sözlərinə görə, “Putinin aşpazı”nın addımları rus ordusunu zəiflətdi.

“Putin Rusiyası birliyi mifi dağıldı. Bu, daxili gərginlik rus zabitlərini parçaladı. Muzdluları dəstəklədiyiniz və maliyyələşdirdiyiniz zaman bu, qaçılmaz olur”, – XİN başçısı bildirib.

Teqlər: