Rusiya prezidenti Vladimir Putin bir sıra ölkələrin “dost
olmayan addımlarına” cavab olaraq yeni iqtisadi tədbirlərin
görülməsi barədə fərman imzalayıb.
Trend-in
məlumatına görə, bu fərman Rusiyanın hüquqi informasiya üzrə rəsmi
portalında yerləşdirilib.
Qeyd olunur ki, fərmana əsasən, Rusiyanın cavab sanksiyalarına
düşmüş xarici fiziki və hüquqi şəxslərlə sövdələşmələr imzalamaq və
onların qarşısında öhdəlikləri icra etmək qadağan edilir.
Bundan başqa, fərman həmin şəxslərin xeyrinə Rusiyadan xammal və
məhsul çıxarılmasının qadağan olunmasını nəzərdə tutur.
Xatırladaq ki, bir sıra Qərb ölkələri fevral ayından etibarən
Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlara cavab olaraq
silsilə iqtisadi sanksiyalar tətbiq edib.