Uşaqları böyütmək və onları ayağa qaldırmaqda əsas yük qadının üzərinə düşür.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Qəhrəmanların vaxtı” proqramının iştirakçıları ilə görüşündə deyib.
“Ana” Rusiyanın bütün xalqları arasında müqəddəs sözdür”, – deyə dövlət başçısı bildirib.
Putinin sözlərinə görə, az adam özünü 3-5 yaşında xatırlayır, amma anaya olan məhəbbət ömrü boyu şüuraltı səviyyədə qalır və davam edir.