Putin Rusiya-Ukrayna danışıqlarında müsbət addımların müşahidə olunduğunu deyib

Rusiya və Ukraynanın danışıqlarında müəyyən müsbət addımlar
müşahidə olunur.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə
belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

“Ukrayna ilə bağlı vəziyyətə gəldikdə, danışıqlar indi demək
olar ki, gündəlik əsasda keçirilir. Bizim tərəfimizdən
nümayəndələrin mənə məruzə etdiyi kimi, bu istiqamətdə müəyyən
müsbət addımlar var”, – deyə V.Putin bildirib.

Rusiyaya qarşı təbiq olunan sanksiyalara toxunan prezident
V.Putin əlavə edib ki, bu sanksiyalar yekunda Rusiyanın xeyrinə
olacaq.

“Biz daha çox səlahiyyətlər, bacarıqlar əldə edəcəyik. Bu, bizə
daha müstəqil olmaq üçün imkan yaradacaq və əvvəllər olduğu kimi,
yekunda bizim xeyrimizə olacaq”, – V.Putin deyib.