Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib

Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə ölkənin
Təhlükəsizlik Şurasının (TŞ) iclası keçirilib.

Trend TASS-a istinadən xəbər verir ki, dövlət başçısının mətbuat
katibi Dmitri Peskovun sözlərinə görə, iclas anti-COVID
məhdudiyyətlərinə, yəni sosial məsafəyə riayət etməklə, Kremlin
Yekaterina zalında keçirilib.


“Putin ənənəvi olaraq həftədə bir dəfə Təhlükəsizlik Şurasının
daimi üzvləri ilə görüşlər keçirir, pandemiya zamanı isə onlar
adətən videokonfrans formatından istifadə edirlər. Rusiya
Federasiyası Təhlükəsizlik Şurasının geniş iclasları, bu gün olduğu
kimi, daha az keçirilir. Prezident sonuncu dəfə Təhlükəsizlik
Şurasını videokonfrans vasitəsilə 2021-ci ilin sentyabr ayının
sonunda çağırıb, o zaman Rusiya Federasiyasında strateji
planlaşdırma sisteminin təkmilləşdirilməsi tədbirləri müzakirə
edilib”, deyə o bildirib.