Putin rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməyə çağırıb

Moskva etirbarlı tərəfdaş olan ölkələrlə rubl və digər milli
valyutalarda hesablaşmalara keçidi sürətləndirməlidir.

Trend-in
məlumatına görə, bunu ölkə prezidenti Vladimir Putin iqtisadi
məsələlərə həsr olunmuş iclas zamanı deyib.

O qeyd edib ki, “dost olmayan ölkələrin” Rusiyaya qarşı tətbiq
etdiyi məhdudiyyətlər yerli biznesin imkanlarına təsir edib, ixrac
və idxal tədarükü logistikasını çətinləşdirib, hesablaşmaların
aparılması üçün maneələr yaradıb.

“Sahibkarlarımıza bu problemlərin həllində maksimum kömək
göstərmək, o cümlədən, rubl və etibarlı tərəfdaş ölkələrin milli
valyutalarında ticarət hesablaşmalarına keçidi sürətləndirmək
lazımdır”, – V.Putin deyib.