Putin rejimi heç bir təhlükə altında deyil – Börns

Putin rejimi heç bir təhlükə altında deyil – Börns

Ukraynaya qarşı müharibə Rusiya Federasiyası üçün strateji uğursuzluq olub və buna baxmayaraq, Vladimir Putin rejimi hazırda heç bir təhlükə altında deyil.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

“Rusiya ordusu zəif çıxış etdi və böyük itkilər verdi. Rusiya iqtisadiyyatı uzunmüddətli zərər gördü. Rusiya orta sinfinin son 30 ildə əldə etdiyi irəliləyişlərin çoxu məhv edilir”, – Börns PBS telekanalına müsahibəsində vəziyyəti təhlil edib.

“Düşünürəm ki, Rusiyanın reputasiyası çox aşağı düşüb və zəif tərəfləri üzə çıxıb. Rusiya əhalisi də müharibənin nəticəsinə görə getdikcə daha çox narahat olur”, – o əlavə edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya Federasiyasının səfərbərliyini də xatırladıb. O deyib ki, hərbi xidmətə çağırış yaşında olan vətəndaşlar səfərbər oluna bildiklərindən daha çox ölkəni tərk edib.

Onun fikrincə, bütün bunlar onu göstərir ki, Putinin çoxlu problemləri var:

“Lakin hazırda onun hakimiyyəti üçün heç bir təhlükə törətmirlər. O, çox təhlükəsiz və repressiv avtoritar rejim yaradıb”.

Teqlər: