Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi və axtarışların nəticə vermədiyi ilə bağlı xəbəri alan kimi göstəriş verib.
AzerTimes xəbər verir ki, bu barədə Putinin köçəkçisi İqor Levitin İranın Birinci vitse-prezidenti ilə telefon danışığında deyib.
O bildirib ki, Putin məndən İran səfirini Kremlə dəvət etməyi və Rusiyanın bütün imkanlarının dost ölkəmiz İrana kömək etməyə hazır olduğunu rəsmən bəyan etməyimi xahiş etdi.
Levitinin sözlərinə görə, Rusiya prezidenti İran prezidentinin helikopterinin qəzaya uğraması ilə bağlı xəbərləri çox diqqətlə izləyir.