Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verdi

Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”, – Rusiya dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Teqlər: