Ötən gün Tehran görüşündə Rusiya prezidenti bir çox siyasi xadimlərin açıqlamağa risk etmədiyi məsələyə kəskin münasibət bildirib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, qlobal qüvvələrin Yer üzündə qızıl milyard layihəsinə qarşı çıxan Putin başqaları üzərində tam hömkranlıq arzusunda olan qızıl elitanın nə istədiyini açıqlayıb.
“Planetin bütün əhalisinin içindən qızıl milyard seçib, qalanlarının üzərində hökm etməsi illüziyası insanları birinci və ikinci sorta bölür.
Onun əsasında duran guya ki, qlobalist liberal ideologiyası getdikcə totalitarizmə çevrilir. Xalqların sərbəst tarixi yaradıcı axtarışı və inkişafını əngəlləyir.
Belə təəssürat yaranır ki, Qərb və ABŞ dünyaya gələcəyin modelini təqdim edə bilmir.
Əlbəttə ki, bu qızıl milyard təsadüfən, göydən qızıl olmayıb. Onlar digər xalqları, dövlətləri talan etməklə qızıl olublar. İstər Afrikada, istər Asiyada. Hindistanı, ərəb ölkələrini indiyənə kimi qarət edirlər.
Həmişə belə olub. Bəs necə? Bu gün bu “qızıl milyardın” özünü yuxarıda aparan elitası təşviş içindədir ki, dünyanın digər dövlətləri, digər mərkəzləri özlərinin oyununu irəli sürüb, dünyaya yeni gələcək variantı təqdim edərlər”.