Kreml Ukrayna qoşunlarının əks-hücum üçün yerdəyişməsinin qarşısını almaq və onları Kiyev yaxınlığında sıxışdırmaq üçün Belarusdakı əlavə qüvvələrdən istifadə edə bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Krım körpüsü üçün “qisas”ı Rusiyanın müharibə tərəfdarı olan millətçi düşərgəsi tələb edirdi. Putin bu istəyi yerinə yetirdi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu istefasının qaçılmaz olması ilə bağlı fərziyyələrə baxmayaraq, dünən prezidentlə görüşdə iştirak edib. Bu fakt onu göstərə bilər ki, Putin müharibə tərəfdarlarının tələblərindən yalnız birini təmin etməklə kifayətlənib”, – məlumatda deyilir.