Rusiya Prezidenti Vladimir Putin Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti İmaməli Rəhmanla telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı toqquşmanın baş verdiyi Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyət müzakirə olunub.
Rusiya lideri Qırğızıstan və Tacikistanı gərginliyin qarşısını almağa çağırıb. Vladimir Putin də vəziyyətin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.