Putin Qərbi tənqid etdi: Orada ana-ata yoxdur!

Putin Qərbi tənqid etdi: Orada ana-ata yoxdur!

SSRİ-nin dağılmasından sonra Rusiyada çoxları Parisdəki kimi yaşamaq istəyirdi, lakin məlum oldu ki, orada çoxları yaşamaq istəmir. Orada başqa mədəniyyət kodudur.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

“SSRİ-nin dağılmasından sonrakı vəziyyətdə çoxlarına elə gəlirdi ki, elə indicə “şirin həyat” başlayacaq, sabah Parisdəki kimi yaşayacağıq. Hansı ki, Parisdə çoxları yaşamaq istəmir”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Qərbdə çətin ki, “Analar Günü” keçirilsin və qadın-anaların rolundan danışılsın:

“Əksər yerlərdə ananın kim olduğunu bilmirlər. Düzdür, orada sadəcə “valideyn N1” və “valideyn N2” var və genderlər onlarla ölçülür. Nə? Orada hansı “tranformasiyalar” var? Mən onların nə danışdığını belə anlamıram. Bu tamamən bizə yad və başqa mədəniyyətdir”.

Teqlər: