Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz
ticarəti qaydaları barədə fərman imzalayıb.
Trend-in
məlumatına görə, Rusiya prezidenti bunu aviasiya sahəsində
vəziyyətlə bağlı iclasın açılışı zamanı deyib.
O bildirib ki, yeni qaydalara əsasən, Rusiyaya dost münasibəti
sərgiləməyən Qərb ölkələri təbii qazın ödənişi üçün Rusiya
banklarında rubl hesabları açmalıdır.
“Biz bu ölkələrə aydın və şəffaf sxem təklif edirik: Rusiya
təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları
açmalıdır. Aprelin 1-dən başlayaraq məhz bu hesablardan ödənişlər
həyata keçiriləcək”, – V.Putin deyib.