Rusiya Prezidenti Vladimir Putin oktyabrın 12-də Qazaxıstana səfər edəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, V.Putin Qazaxıstanın paytaxtı Nur-Sultanda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda, eləcədə MDB-nin zirvə toplantısında iştirak edəcək:
“Vladimir Putinin Nur-Sultanda Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirlərinə dair iclasda və MDB sammitində iştirakı nəzərdə tutulur. Bu tədbirlər oktyabrın ortalarında daha dəqiq desək 12-14-də keçiriləcək”.
Y.Uşakov bildirib ki, Qazaxıstana səfəri zamanı V.Putinin yüksək səviyyədə “Rusiya-Mərkəzi Asiya” formatında görüş keçirəcəyi də ehtimal olunur.
Qeyd edək ki, V.Putinlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında avqustun 19-da Soçidə görüş olub.