Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına alternativ görmür – Peskov

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya prezidenti Vladimir Putin Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına heç bir alternativ görmür.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, V.Putin həmin razılaşmaların icrasına alternativin olmadığını hesab edir:

“İndi sərhəddə gərginliyin azaldılması və vəziyyətin düzəlməsi üçün ciddi səylər göstərilir”.

D.Peskov əlavə edib ki, Rusiya Qarabağda vəziyyətin tənzimlənməsi məsələsində daim Azərbaycan və Ermənistanla təmasdadır.

Teqlər: