Putin Qara dəniz Donanmasının rəhbərini dəyişdi

Putin Qara dəniz Donanmasının rəhbərini dəyişdi

Krımdakı hərbi obyektlərinə son zərbələrdən sonra Rusiya rəhbərliyi yarımadanın təhlükəsizliyinə inamını itirir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Avqustun 17-də vitse-admiral Viktor Sokolov Qara dəniz Donanmasının komandiri postunda admiral İqor Osipovu əvəzləyib. Rusiya hakimiyyəti Sevastopolda yüksək “terror təhlükəsi”nə görə Sokolovun təyinatını gizli saxlamağa çalışır. Ukraynanın son zərbələri Rusiyanın Krımdakı hərbi obyektlərinə, Sevastopoldakı Qara Dəniz Donanmasının qərargahına təsir edib. Rusiya qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib və qüvvələrinin tərkibini, maddi-texniki təchizatını və rəhbərliyini yenidən strukturlaşdırıb”, – məlumatda deyilib.

Teqlər: