Putin qalib gələ bilər: Qərb yoruldu, Kiyevin şansı…

Putin qalib gələ bilər: Qərb yoruldu, Kiyevin şansı…

ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya işğalçı müharibədə qalib gələcək. Ostinin fikrincə, Rusiya rəhbərliyi ümid edir ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq və bu zaman Moskva üstünlüyü əldə edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ostin “əgər Ukraynanı dəstəkləməsək, Putin qalib gələcək” fikrində haqlıdır:

“Pentaqon rəhbəri bunu təsadüfən deməyib, bır sıra Qərb ölkəsində Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb. Bəzi Qərb ölkələri Ukraynaya dəstəyi azaltmaq barədə düşünür. ABŞ Konqresi belə büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb. Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan AB-nin Ukraynaya dəstəyinin azaldılmasına çalışır. Növbəti il ərzində müharibədən yorğunluğun daha da artacağı ehtimalı var. Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb. Bu gedişat Kremlinin maraqlarına uyğundur”.

Politoloq bildirib ki, Ukrayna müharibədə dönüş yaratmaqla Qərbdəki yorğunluğun qarşısını ala bilər.

Teqlər: