Putin Priqojinlə niyə görüşdü?

Putin Priqojinlə niyə görüşdü?

Kreml Putinin Priqojini qəbul etdiyi və “Vaqner” komandirləri ilə 3 saatlıq görüş keçirdiyini təsdiq edib, halbuki onları “xain” elan etmiş və “sürgün”ə göndərmişdi.

Bununla Putinin “geri addım” atdığı görünür və qiyamçıların “bağışlanması” səbəbsiz də deyil:

– Ukraynada müharibənin getdiyi vaxt “Vaqner”ə ehtiyacı var;

– “Vaqner” Afrika ölkələrində Rusiyanın planlarını icra edir;

– Bu muzdlu döyüşçülərin nəzarətdən çıxması Rusiya daxilində Putinə qarşı cəbhənin genişlənməsi ilə nəticələnə bilər.

Lakin gözlənildiyi kimi, Priqojin və dəstəsinin qiyamı Putinin devrilməsi ilə nəticələnmir, əksinə, onlar yenidən “çarın” hüzuruna çıxmağa can atır. Məhz bu Priqojin-Şoyqu qarşıdurmasının əvvəldən Putinin özü tərəfindən “idarə olunduğu” ehtimalını gücləndirən amildir: tərəfləri döyüşdürür, “hakim” rolunda daim özündən asılı vəziyyətə salır və hakimiyyətini qoruyur.

Mümkündür ki, “Vaqner”ə Ukrayna müharibəsində yeni missiya tapşırılsın, bu, daha çox təxribat hücumları ilə bağlı ola bilər.

Teqlər: