Putin Priqojinə bu əməliyyata icazə verdi

Putin Priqojinə bu əməliyyata icazə verdi

Kreml “Vaqner”in rəhbəri Yevgeni Priqojinə Afrikadakı əməliyyatların bir hissəsini davam etdirməyə icazə verib.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı fəaliyyətindən gedir:

“Putin “Vaqner”in Afrikadakı əməliyyatlarının davam etdirilməsinə icazə verib. Rusiya Müdafiə Nazirliyi “Vaqner”in Mərkəzi Afrika Respublikasındakı əməliyyatlarını öz üzərinə götürə bilməz. Moskvanın Sudanda və başqa yerlərdə məqsədlərinə çatmaq üçün Rusiya hərbi idarəsinə özəl podratçılar lazımdır”.

Qeyd edək ki, Priqojinin üsyandan 5 gün sonra – 29 iyunda Kremldə Putinlə 3 saatdan çox davam edən görüş keçirdiyini Kreml təsdiqləyib.

Teqlər: