Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham
Əliyevə təbrik məktubu göndərib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə
səmimi təbriklərimi qəbul edin.
Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı
tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz
qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin
həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini
məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik
Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün
sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait
yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm
cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik
və firavanlıq arzu edirəm”.