Putin Patruşevin müavinini işdən çıxardı

Putin Patruşevin müavinini işdən çıxardı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Yuri Averyanovu vəzifəsindən azad edib.

AzerTimes xəbər verir ki, bu barədə Putinin imzaladığı fərmanda qeyd olunub.

“Yuri Timofeeviç Averyanov Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.

Qeyd edilir ki, Averyanov federal dövlət qulluqçusu ilə müqavilə müddətinin başa çatması və başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

Putinin digər fərmanı ilə Y.Averyanov Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedyevin köməkçisi təyin olunub.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevdir.

Teqlər: