Putin Paşinyanla Qarabağı müzakirə etdi

Putin Paşinyanla Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının bəzi praktiki aspektləri müzakirə edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Putin və Paşinyan müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Teqlər: