Rusiya Prezidenti Vladimir Putin bütün ermənilərin katolikosu II Qaregini “Şərəf” ordeni ilə təltif edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya lideri fərman imzalayıb.
Fərmanda qeyd edilib ki, II Qaregin Ermənistan və Rusiya arasında “mədəni-humanitar əlaqələrin inkişafındakı xidmətlərinə görə” təltif edilir.
Qeyd edək ki, II Qaregin Ermənistan Baş naziri Nikol Paşinyanın əsas rəqiblərindədir və onların arasında ciddi ixtilaflar var.