Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Dost, müttəfiq Rusiya-Ermənistan münasibətlərinin, o cümlədən ümumi inteqrasiya birlikləri çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafı, şübhəsiz ki, xalqlarımızın fundamental maraqlarına cavab verir. Sizə cansağlığı və uğurlar, Ermənistanın bütün vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram”, – deyə məktubda bildirilib.