Putin Paşinyana görüşdə nə deyib?

Putin Paşinyana görüşdə nə deyib?

Şübhəsiz ki, Rusiya lideri Putin və Ermənistan Baş naziri Paşinyan Moskvada Ermənistan və Azərbaycan arasında nizamlanma məsələsini müzakirə ediblər, çünki bu, Rusiya-Ermənistan münasibətlərində əsas məsələlərdən biridir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov “Moskva-Baku” portalına geniş müsahibəsində deyib.

“Moskva bir daha İrəvana başa saldı ki, nizamlanma olmayana qədər Rusiya-Ermənistan münasibətlərində hər hansı irəliləyiş görmək mümkün olmayacaq. Sözsüz ki, Moskva Ermənistan-Azərbaycan nizamlanması üzərində işləyir. Kreml başa düşür ki, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına ən çox kömək edəcək ölkə kimi, onlar tərəfindən daha çox qiymətləndiriləcək. Ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun şəkildə normallaşması həm siyasi, həm də mənəvi baxımdan Moskvanın maraqlarına uyğundur”, – Naumov bildirib.

Qeyd edək ki, Paşinyan 9 May paradında iştirak etmək üçün Moskvaya getmişdi. Səfər çərçivəsində Putinlə ikitərəfli görüş keçirdi.

Teqlər: