Vladimir Putin tez-tez onun əvəzinə Rusiyanın regionlarına və onun hüdudlarından kənara səfərlər etmək üçün oxşarlarından istifadə edir. İyunun sonunda Rusiya lideri Dağıstana da öz oxşarını göndərib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.
O iddia edib ki, oxşarının Dağıstana getdiyini sonradan Putin özü də təsdiqləyib:
“Yevgeni Priqojinin uğursuz üsyanından dərhal sonra o, Dağıstana gedib. Baxmayaraq ki, əslində Putin yox, ora onun oxşarı gedib. Və sonra Dağıstanlı bir qız valideynləri ilə birlikdə Kremlə Putini ziyarət etməyə gəlib, guya onu Dərbənddə görə bilməyib və çox üzülüb. Putin də balaca qızı Moskvaya dəvət edib. Dağıstanlı qızla ünsiyyət zamanı Putin çox şey danışdı. Bu əsl Putindir və o, dağıstanlı qıza etiraf etdi ki, Moskvadan, Kremldən çıxa bilmir, bunkerdə oturur”.