Putin ötən il “öldürülən” generala yüksək vəzifə verdi

Putin ötən il “öldürülən” generala yüksək vəzifə verdi

General-leytenant Andrey Mordviçev Rusiya Mərkəz Hərbi Dairəsinin komandanı vəzifəsinə təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Mordviçev bu vəzifədə general-polkovnik Aleksandr Lapini əvəz edib.

Andrey Mordviçev buna qədər Mariupolun alınmasında iştirak edən 8-ci ordunun komandanı olub.

Qeyd edək ki, Aleksandr Lapin 2022-ci ilin oktyabrına kimi Mərkəz Hərb Dairəsi və Ukraynadakı “Mərkəz” qoşun qruplaşmasına rəhbərlik edib. Rusiya mətbuatı bu ilin yanvar ayında onun Rusiya Silahlı Qüvvələri Quru Qoşunları Baş Qərargahının rəisi təyin olunduğunu yazmışdı.

Xatırladaq ki, 2022-ci il 19 martda general-leytenant Andrey Mordviçevin Çernobayevka aerodromunda “məhv edildiyi” haqda Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç məlumat yaymışdı.

Teqlər: