Bir aydan sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin komandanlığı Ukraynada Rusiya ordusu qarşısında tamamilə yeni strateji və taktiki vəzifələr qoyacaq.
AzerTimes xəbər verir ki, bu fikirləri hərbi-siyasi məsələlər üzrə rusiyalı ekspert Vladimir Yevseyev “Ukrayna” saytına müsahibəsində deyib.
Yevseyevin sözlərinə görə, böyük ehtimalla Rusiya komandanlığının əsas diqqəti Zaporojyeyə yönələcək.
Rusiyalı hərbi analitik hesab edir ki, bu istiqamət Donbasdan sonra ən vacib istiqamətlərdən biridir.
O, Nikolayev və Odessa vilayətlərinin ələ keçirilməsini Kreml üçün ən mühüm vəzifə kimi gördüyünü də vurğulayıb.