Rusiya Prezidenti Vladimir Putin orada olarsa, Ukrayna Prezidenti Vladimir Zelenski İndoneziyada keçiriləcək G20 sammitində iştirak etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib.
“Mənim şəxsi və Ukraynanın mövqeyi bundan ibarətdir ki, Rusiya lideri sammitdə iştirak etsə, Ukrayna iştirak etməyəcək”, – Zelenski qeyd edib.