Rusiya Prezidenti Vladimir Putin Dərbənddə onunla görüşə bilmədiyinə görə ağlayan məktəbli qızı Rəisət Akipovanı Kreml sarayında qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə “Rusiya 24” telekanalı məlumat yayıb.
Məktəbli ilə birlikdə onun valideynləri Əhməd və Kultum Akipovlar da dövlət başçısı ilə görüşüb.
“Mən Dərbənddən çıxıb Moskvaya çatanda mənə sənin ağladığın şəkli göstərdilər. Aydındır ki, təəssüf ki, meydanda dayanan hər kəslə danışa bilmərəm, amma yenə də sənin reaksiyan məni üzdü”, – Putin bildirib.
O əlavə edib ki, özü Moskvanı tərk edə bilmədiyi üçün qızı Moskvaya, Kremlə dəvət etmək qərarına gəlib.