Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəkləməsi ilə bağlı sözləri sadəcə zarafatdır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Prezident Vladimir Putin zarafat etdi. Onun yaxşı yumor hissi var”, – deyə XİN rəhbəri bildirib.
Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlar səsləndirir.